Məktəbli geyimi neçəyə başa gəlir?

ÖLKƏ
15:53 / 01.09.2023
419

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Tədris ilinin başlamasına az qalan vaxtda valideynləri düşündürən əsas və önəmli məsələ məktəbli formasının qiymətidir.

Bəs məktəbli forması məktəbli üçün neçəyə başa gəlir?

Hit.az-ın əməkdaşı bununla bağlı olaraq, paytaxtın bəzi mağazalarında müşahidələr aparıb.

Əvvəlcə onu qeyd edək ki, Bakı Tikiş Evinin satış mənqtələri müəyyən ərazilərdə vahid qiymətə təklif olunur. 
Belə ki, Tikiş evinin satışa çıxardığı ətəklər 25 manat, şalvar 25 manat, qısaqol polo köynəklər isə 15 manata satışa qoyulub.

Lakin Sədərək və digər başqa ticarət mərkəzlərində xaricdən hazır gətirilən məktəbli geyimlərinin də satışı həyata keçirilir. Həmin mərkəzlərdə qiymətlər Bakı Tikiş Evinin təklif etdiyi qiymətlərdən bir qədər ucuz məbləğə qoyulub.

Ticarət mərkəzlərində ayaqqabı 20-45 manat arası dəyişir.  Məktəbli çantalarını isə 20 manatdan 70 manata qədər tapmaq mümkündür. 

Yəni, bir məktəbli üçün məktəbli geyimi təxminən, 100-150 manat arasında dəyişə bilər.

Aynur Əli

1