Azərbaycana qarşı casusluqda ittiham olunan əcnəbinin məhkəməsi başlayır

ÖLKƏ
23:27 / 05.09.2023
310

Bu ilin mart ayında Azərbaycan ərazisində casusluq etdiyi üçün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlu ilə bağlı cinayət üzrə istintaq işi yekunlaşıb və iş məhkəməyə göndərilib. 

Qaynarinfo-nun məlumatına görə, işə 18.09.2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.  

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

0