Saxta sənəd verən şöbə müdirinin məhkəməsi başlayır

ÖLKƏ
13:03 / 08.09.2023
669

Sabunçu Tibb Mərkəzinin keçmiş şöbə müdiri İlqar Qaracayev barəsində cinayət işinin ibtidai istintaqı yekunlkaşıb. 

Hit.az xəbər verir ki, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işinin məhkəmə istintaqı hakim Rafiq Abbasovun sədrliyi ilə aparılacaq. 

İlqar Qaracayev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. 

İlqar Qaracayevin işi barədə məlumat bu ilin iyulunda saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, İlqar Qaracayevin Sabunçu Tibb Mərkəzində şöbə müdiri işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Anar

0