Naxçıvanın bu ərazisində yas mərasimləri ləğv edildi

ÖLKƏ
16:00 / 11.09.2023
822

Naxçıvanın Mahmudkənd icması kənddə yas mərasimlərinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Hit.az-ın məlumatına görə, bu barədə kəndin sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"Hörmətli həmkəndlilər, dəyərli dostlar, nəzərinizə çatdırmaq istəyirik ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilir. 

Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək"-deyə məlumatda bildirilir.

Aynur Əli

0