Qaxda dağlıq ərazilərə qar yağıb

ÖLKƏ
18:21 / 12.09.2023
387

Qax rayonunda yüksək dağlıq ərazilərə qar yağıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 6-dan ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürməyə başlayıb.

Sentyabrın 7-si səhər saatlarında Balakən rayonun Katex və Zaqatala rayonunun Qəbizdərə kəndlərinin inzibati ərazisinə güclü dolu yağıb. Dolu nəticəsində 100-dən çox evin dam örtüyü yararsız hala düşüb. Bölgəyə yağan leysan nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq bir sıra kəndlərin ərazilərini basıb.

Sentyabrın 11-i axşamdan başlayaraq, bölgədə yenidən qeyri-sabit hava müşahidə olunur.
Gecə saatlarından başlayaraq yağış yağır, duman var, havanın temperaturu 12 dərəcəyədək enib. Yüksək dağlıq ərazilərdə temperaturun daha da düşdüyü bildirilir.

0