Məktəb direktoruna yüksək vəzifə verildi

ÖLKƏ
10:57 / 13.09.2023
376

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu barədə HİT.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbər verilib.

Qeyd edilib ki, Nərgiz Həsənova 1990-cı ildən biologiya müəllimi, 2011-ci ildən isə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərir.

0