“Mən də toydan dolanıram, obyektim və başqa bir gəlir yerim yoxdur...”

ÖLKƏ
13:52 / 27.05.2020
1228

“Hər gün virusdan ölənlərin və yoluxanların sayı çoxalır, gərək bu azalsın ki, hökumət də toylara icazə versin”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni insanları qaydalara riayət etməyə səsləyib:

“Hamı kimi məndə də vəziyyət eynidir. Bizim millətimiz övladlarına toy etmək istəyir, amma qayda-qanuna da əməl etmək istəmirlər. Hamı istəyir ki, ölkəmizdə vəziyyət yaxşı olsun, ölüm-itim olmasın. Amma baxıb görürəm ki, heç kim qayda-qanuna əməl etmir, istədiyi kimi hərəkət edir. Biz qaydalara əməl etməliyik. Mən də müğənniyyəm, toydan dolanıram, qazancım toylardandı, obyektim və başqa bir gəlir yerim yoxdur. Biz özümüz-özümüzü qorumalıyıq ki, təhlükə sovuşsun. Hər gün virusdan ölənlərin və yoluxanların sayı çoxalır, gərək bu azalsın ki, hökumət də toylara icazə versin. Mən özüm çalışıram ki, qaydalara riayət edim. Aprel ayında götürdüyüm sifarişləri may ayına və başqa aylara keçirdim. Biz də istəyirik ki, hər şey yaxşı olsun. Hökumət də istəyir ki, insanlar toyunu etsin, amma gərək qaydalara əməl edək. Şəhərə baxanda elə bil ki, heç belə bir şey olmayıb”.

Qeyd edək ki, bir müddət öncə müğənni Nura Suri toylarla bağlı ölkə başçısına müraciət etmişdi.

3
Moderator.az