Vilayət Eyvazov mayoru rəis təyin etdi

ÖLKƏ
13:51 / 17.09.2023
738

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən sözügedən vəzifə polis mayoru Sübhan İsgəndərova həvalə edilib.

Qeyd edək ki, S.İsgəndərov bu təyinata kimi Xızı Rayon Dövlət Yol Polisi Şöbəsində işləyib.//Qafqazinfo.az

0