Koronavirusa yoluxmada yeni artım: Karantin olacaq?

ÖLKƏ
17:14 / 21.09.2023
360

"Payız dövrü gəldiyi üçün immun sistemi zəifləyir. Mövsümə xarakterik olan xəstəlikləri yayılır". 

Bu sözləri Hit.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib. O, son zamanlar ölkəmizdə koronavirusa yoluxmanın yenidən artıma keçməsi ilə vağlı danışıb. Həkim bildirib ki, yoluxma artmış olsa da, pik həddə çatmayacaq:

"Təkcə payız xəstəliklərindən sağalmaq üçün sanitar gigiyenik qaydalara əməl etsək, digər xəstəliklərin də orqanizmə daxil olmasına əngəl olarıq. Düşünmürəm ki, yoluxma yenidən pik həddə çatsın, qorxulu vəziyyət olsun. Bu rəqəmlər payız üçün normaldır. Dediyim kimi, bu aylarda digər xəstəliklər də çox yayılır, təkcə koronavirus yox. İnanmıram ki buna görə karantin də olsun. Pandemiya başlayandan dövlət bunun üzərinə düşdü, yoluxmada çox artım olmaması üçün addımlar atıldı. Gigiyenik qaydalara əməl edildi, peyvəndləmə aparıldı. Buna görə də ölkəmizdə koronavirusla bağlı vəziyyət digər ölkələrlə müqayisədə daha normal keçdi. 

İndi isə "Eris" variantı yayılıb. Bunun da əslində ölkəmiz üçün ciddi problem yaradacağını düşünmürəm. Çünki epidemioloji vəziyyət normaldır".

Aynur Əli

0