Qarabağ ermənisi qoyunlarını da sərhəddən keçirdi - VİDEO

ÖLKƏ
18:54 / 27.09.2023
498

Qarabağ ermənilərinin öz istəkləri ilə Ermənistana köçü davam edir.

Köç zamanı “Laçın” sərhəd-buraxılış məntəqəsində maraqlı anlar yaşanıb. Bunu əks etdirən görüntüləri İTV yayımlayıb. 

Belə ki, erməni sakin özü ilə birlikdə qoyunlarını da keçirib. O onları İrəvanda yaşayan qardaşı üçün apardığını, özünün isə növbəti gün Qarabağa qayıdacağını bildirib.  

Bu, Azərbaycan mərkəzi hakimiyyətinin humanizm prinsiplərinə sadiqliyini bir daha göstərir.//Qafqazinfo.az

1