Mənsum İbrahimov: "Bu, xalqın itkisidir"

ÖLKƏ
14:17 / 29.09.2023
311

“Qənirə Paşayevanın ölümü xalqın itkisidir”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov Milli Məclisin deputatı Qənirə Paşayevanın ölümündən danışarkən deyib. Xandəndə deputatın ölümünə təəssüfləndiyini qeyd edib:

“Xalqımızın başı sağ olsun, çox dəyərli insan idi. Qənirə xanım xalqına, mədəniyyətinə, vətəninə bağlı biri idi. Bütün onunla çox tədbirlərdə olmuşuq. Həm xarici ölkələrdə, həm öz vətənimizdə, həm də cəbhə bölgələrində. İkinci Qarabağ müharibəsində bizim də ailəmizə şəhid gəldi. İlk olaraq şəhidin ailəsini ziyarət edən Qənirə xanım oldu. Qənirə xanım öz kollektivi ilə gəlmişdi, həmişə də şəhidin ailəsi ilə maraqlanırdı”.

Mənsum İbrahimov Qənirə Paşayevanın şəxsi həyatı olmadığını vurğulayıb:

“Bu adam ömrünü xalqına, millətinə həsr elədi, heç kəsi yaddan çıxartmadı. Allah ona rəhmət eləsin, çox heyif”.

Azra

0