Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədri işdən çıxarıldı

ÖLKƏ
22:37 / 04.10.2023
384

Ölən şəxs barəsində saxta arayış verən Lənkəran şəhər bələdiyyəsi ilə bağlı məsələ aktual olaraq qalır. Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Kərim qızı Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma davam etdirilir.  

Cinayət əməlində ittiham olunan Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən Rəvayət Miriyevanın ölüm faktını gizlətdiyi, təqaüd kartına sahibləndiyi və mərhumun ölümü ilə bağlı saxta arayış verdiyi iddia olunur.  

Məsələ ilə bağlı Lənkəran Prokurorluğunda istintaq işləri hələki yekunlaşmayıb. Rayon prokurorluğu şəhər bələdiyyəsində təftişi davam etdirir.  

Bu barədə Bizim.Media-ya məlumat verən Aygün Mirzəyevanın sözlərinə görə, rəhbəri olduğu bələdiyyənin fəaliyyəti ilə bağlı Lənkəran prokurorluğu tərəfindən 4 aydır ki, yoxlama aparılır və istintaq yekunlaşmayıb. İstintaqın yekunlaşmasından sonra məsələyə hüquqi qiymət veriləcək.

0