Suraxanı Rayon İcra Hakimiyyəti məhkəməyə verilib

ÖLKƏ
20:45 / 06.10.2023
532

Suraxanı Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. 

Hit.az xəbər verir ki, iddiaçı Qarayev Əhət Qulu oğlu şəxsdir. 

İş hazırda apellyasiya mərhələsindədir. Şikayətçi Əhət Qarayevdir.  Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Pərviz Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir. 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir. 

Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, 2018-2019-cu illərdə isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Anar

0