Saatlıda insan alverinə qarşı mübarizə və QİÇS mövzusunda tədbir keçirilib

ÖLKƏ
14:31 / 11.10.2023
331

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 7 oktyabr 2023-cü il tarixdə Sabirabad, Saatlı, İmişli rayonlarında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ucqar Regionlarda İnsan Alverinə Qarşi İctimai Fəallığın Artırılması” mövzusunda və eyni zamanda QİCS-əleyhinə maarifləndirmə mövzusunda seminar keçirib.

Seminar zamanı  Saatlı rayonunun ucqar kəndlərindən olan iştirakçılar arasında insan alveri haqqında, insan alveri və QİÇS əleyhinə  maarifləndirmə işləri aparılıb. Tədbirdə insan alveri probleminin nə qədər ciddi olması, QIÇS-in nə olduğu və necə yayılması barədə ətraflı məlumat verilib.

İştirakçılara Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “ Qaynar xətt” (tel: 152 və 562-21-12) haqqında məlumat verilib. 152 “Qaynar xətt”inin insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, yardım məqsədilə məlumat-məsləhət xidməti göstərirməsi haqqında geniş bilgi verilib.

Tədbir sual-cavabla yekunlaşıb.

0