Azərbaycanda qanunsuz miqrantlar necə saxlanılır?

ÖLKƏ
10:07 / 12.10.2023
542

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri, tanınmış telejurnalist, "MTV Azərbaycan" Televiziyasının Baş Redaktoru, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Günel Gözəlova öz sosial media səhifəsində Azərbaycandakı qanunsuz miqrantlarla bağlı paylaşım edib:

"Bü gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında Ictimai Şura üzvləri olaraq  Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə monitorinq səfəri etdik. Məqsədimiz bəlli idi, amma gördüklərimdən sonra həqiqətən dövlətimlə fəxr etdim. Mərkəzdə yerləşdirilən əcnəbilər üçün yaradılan şərait dünyanın heç bir inkişaf etmiş ölkəsi ilə müqaisədə zəif deyildi, hətta dəfələrlə yüksək səviyyədə idi. Miqrantlar təbii ki, müxtəlif səbəblərlə ölkəmizə üz tutanlar idi, amma qanunu pozduqları üçün təcridxanaya yerləşdirilmişdilər. Onlarla insan, ailələr, körpələr vardı. Yedikləri, yatdıqları, istirahət etdikləri, müayinə və müalicə olunduqları məkanlar demək olar ki, birmənalı bir insanın istirahəti üçün planlanmış şəraitə uyğun idi. Düzünü desəm, əvvəlcə otelə bənzətdim. Mərkəzin rəhbəri Azər bəyə ünvanladığım suallar içərisində "İnternetlə təmin olunurlarmı?","Aralarında hamilə qadınlar olarsa görülən tədbir eyni durumda olan Azərbaycan vətəndaşı ilə müqaisədə fərqlidirmi?" "Körpələrə şəxsi münasibətdə qayğınızı hiss etdim, nə edirsiz?" "Dostları, ailələri ilə görüşmək imkanları varmı və necə?" "Görüntülü olaraq öz vətənləri ilə doğmalarını telefonla araya bilirlərmi?"...və s. Məlum oldu ki, onlar sadəcə bir məkanda toplanıblar, həyatdan təcrid olunmayıblar. Ailələri ilə danışır, görüşürlər, qanun çərçivəsində və mütəmadi. Qaldıqları  və istirahət otaqları tər-təmizdir,  televizorla təchiz olunub. Vacib ehtiyyacları - geyim, dəsmal, başmaq və s.olmaqla təmin edilir. Gündə üç dəfə mental dəyərlərinə uyğun qidalanırlar. Hamilə qadınlar hər-hansı sağlıq problemi ilə üzləşərsə mütləq Respublika Klinik Xəstəxanasına yerləşdirilir, müayinə və müalicə edilir. O ki qaldı Azər müəllimə, körpələrin sevimlisidir, az qala hər gün bir top alan doğmaları....mən qürur duydum. Təəssüf ki, azərbaycanlı qanunsuz miqrantlarla münasibətdə dünyanın heç bir ölkəsi ilə bağlı bu cür yanaşma eşitmədim".

0