Cəzaçəkmə müəssisəsi 55 ton arpa toxumu alır

ÖLKƏ
22:40 / 17.10.2023
449

Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi arpa toxumu alır. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı kotirovka sorğusu elan edilib. 

Sorğunun şərtlərindən məlum olur ki, cəzaçəkmə müəssisəsi 55 ton arpa toxumu almaq niyyətindədir. Şərtlərdə toxumun əkinə yararlı olması xüsusi vurğulanır. 

Belə aydın olur ki, cəzaçəkmə müəssisəsinin həyətində arpa əkiləcək. 

Kotirovka sorğusu oktyabrın 31-dək davam edəcək.

0