İcra başçısı müavinini işdən çıxardı - AÇIQLAMA/FOTO

ÖLKƏ
15:57 / 18.10.2023
498
Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad olunub. 
 
Qaynarinfo-nun məlumatına görə, icra hakimiyyətinin başçısı Natiq Ağayevin müaviq əmri ilə Vəliyev İkram Sabir oğlu vəzifəsindən azad edilib.
 
İkram Vəliyev saytımıza açıqlamasında vəzifəsindən azad olunmasını təsdiqləyib: 
 
"Bəli, öz istəyimlə məzuniyyətə getdim və sonradan vəzifədən azad edildim. Hazırda heç yerdə çalışmıram".
 
İkram Vəliyev
0