Bu gün "Naxçıvan" Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə məlumatlar yayılıb. Daha sonra universitet rəhbərliyi məlumat yayaraq bunu təkzib edib.
Bəs Azərbaycanda hansı universitetlər bağlanma təhlükəsi ilə üz-üzədir?
Təhsil üzrə ekspert Kamran Əsədov HİT.az-a deyib ki,
Azərbaycanda xüsusilə, özəl universitetlərin bağlanma riski olur:
"Zaman-zaman Azərbaycanda ali təhsil müəssisələrinin fəaliyyətini dayandırıb. Bakı Asiya Universiteti, Beynəlxalq Universitet, Azərbaycan Müəllimləri İnsititutu nümunələr var. Azərbaycanda ali təhsil müəssisələrinin sayı çox deyil. Məsələn Türkiyədə əgər 2001-ci ildə 104 univeristet var idisə, indi 206 universitet fəaliyyət göstərir. Azərbaycanda ali təhsilli insanların sayı da azdır. Ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir. Ona görə də Azərbaycanda xüsusilə, özəl universitetlərin bağlanma riski olur. Bu labüddür. Burada tələbələrin sayının az olması, mütəmadi olaraq, əmək bazarının tələbinə cavab verməyən kadr hazırlığının olması univeristetlərinin fəaliyyətinə şübhə olmağa əsas verir".
Onun sözlərinə görə, hətta dövlət universitetləri də bağlana bilər:
"Bağlanan Naxçıvan Dövlət Universiteti deyil, Naxçıvan özəl universitetidir. Naxçıvan Özəl Universitetinin son 3-4 il ərzində keyfiyyət istiqamətində müsbət irəliləyişləri var. Təbii ki, təsisçiləri və rektoru məlumatı təkzib etdi. Çünki Naxçıvan Dövlət Universitetindən getmir, onun uzunmüddətli bir tarixi var. Söhbət 1999-cu ildə yaradılan Naxçıvan Özəl Univeristetindən gedir. Universitet Azərbaycan universitetləri arasında populyar deyildi. Qəbul olunanların sayında, elmi tədqiqatlarda universitetin əməyi artıq 3-4 ildir görünür. Azərbaycan universitetləriinin bağlanma riski hamısına aiddir. Hətta dövlət universitetlərinə də bu aiddir. Bir zamanlar Sumqayıt Dövlət Universiteti akreditasiyadan keçirilməmişdi. Bir neçə universitetin akreditasiya ilə bağlı problemləri var idi. Bu universitetlər diqqətlərini o qədər tələbələrin təhsil haqqına yönəldiblər ki, fəaliyyət istiqamətlərini genişləndirmirlər. Halbuki onlar yaxşı xidmət göstərib vəsait ala bilərlər".
Aynur Əli