"Sputnik"lə peyvənd olanların yaşamaq əmsalının az olması..." - Həkim

ÖLKƏ
20:07 / 24.10.2023
496

Məlumat verildiyi kimi, Rusiya istehsalı olan koronavirus əleyhinə "Sputnik V" peyvəndi ilə bağlı yeni detallar üzə çıxıb. Belə ki, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Ginzburq “Sputnik V” peyvəndinin artıq koronavirusdan qorumadığını deyib. TƏBİB də bildirib ki, bu peyvənd artıq Azərbaycanda istifadə olunmur. Amma bundan öncə pandemiya zamanında bu peyvənd ölkəmizə gətirilmişdi,  vətəndaşlar peyvənd olunmuşdu.

Maraqlıdır, həmin şəxslərin heç birində immunitet yaranmayıb?

Hit.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert, farmakoloq Aydın Əliyev deyib ki, virus olanda tez-tələsik hazırlanan peyvəndlərin də elmi nəticələri olmur:

"Dünya səhiyyə sistemi təəssüf ki, həkimlərin əlində deyil. Elmi ixtiralar edirlər, amma sonra o da başqalarının əlinə keçir. Virus olanda tez-tələsik hazırlanan peyvəndlərin də elmi nəticələri olmur. Müəyyən faiz müsbət nəticə doğruldur. Bu peyvən də müsbət nəticə doğrultmayıb. İmmun sisteminin qorunması təkcə peyvəndlə əlaqəli deyil. Bu peyvəndi vurduranlarda ola bilsin, koronavirusa qarşı immun yaranmasın. Amma dediyim kimi, immuni təkcə peyvənd amili qorumur. Ümumilikdə "Sputnik"lə peyvənd olanların yaşamaq əmsalının az olması və ya çox olması araşdırılmalıdır".

Aynur Əli

0