Qızılca ölkəmizdə kütləvi şəkildə yayılır: "Koronavirusa bənzədirlər..."

ÖLKƏ
22:49 / 25.10.2023
568

Bildiyiniz kimi, Şəki şəhərində yerləşən inteqrasiya təlimli internat tipli gimnaziyada kütləvi şəkildə qızılca xəstəliyinin yayılması barədə xəbərlər yayılıb. Bildirilir ki, bu səbəbdəndən məktəb qısa müddətlik fəaliyyətini dayandırıb.

Elm və Təhsil Nazirliyi məlumatı təsdiq edib.

Son məlumatlara əsasən, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş vermədiyi açıqlanmışdı.

Lakin görünür ki, xəstəlik yenidən yayılmağa başlayıb.

Bəs qızılca yenidən niyə kütləvi hal alıb?

Həkim Aydın Əliyev Hit.az-a açıqlamasında bildirib ki, koronavirusdan sonra bir çox xəstəliklər yenidən daha çox yayılmağa başlaylb:

"Koronavirusdan sonra immun sistemimiz zəiflədiyi üçün bir çox xəstəliklər yenidən artmağa başladı. Bunlardam biri də qızılcadır. Xəstəliyə adətən uşaqlar yoluxur. Hər zaman ölkəmizdə rast gəlinən xəstəlikdir. Qorxulu tərəfləri demək olar ki azdır. Sadəcə düzgün həkim müalicəsi və qorunmaq lazımdır. Hər zaman deyirəm, yenə də təkrarlayım, düzgün qidalanma və gigiyenik qaydalara əməl etməklə xəstəliyin sağalmasını daha da tezləşdirmək mümkündür. Bu yolla xəstəliyin yayılmasının da qarşısını almaq olar. Çünki qızılca asan şəkildə birindən digərinə hava-damcı yolu ilə keçir. Sağlam biri qızılca olan biriylə ünsiyyətə keçərsə, onda da qızılca yarana bilər. İndi bu xəstəliyi koronavirusa bənzədirlər. Amma koronavirusdan fərqli cəhətləri çoxdur. Xüsusilə bədəndə yaranan qızartılar, səpkilərin artması ilə bunları fərqləndirmək olar. Qorunmağın ən yaxşı yollarından başlıcası məhz peyvənddir. Hansı ki, 1-6 yaş aralığında bu peyvəndin vurulması vacibdir".

Aynur Əli

0