Yüksək vəzifədə çalışmış şəxs vəfat etdi

ÖLKƏ
14:20 / 26.10.2023
927

Uzun illər Milli Məclisin deputatı olmuş Şahlar Əsgərovun ailəsinə ağır itki üz verib.

Gundem.az xəbər verir ki, Ş.Əsgərovun qardaşı Akif Əsgərov vəfat edib.

Qeyd edək ki, Akif Əsgərov xeyli müddət Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini və YAP Kəlbəcər rayon təşkilatının ilk sədri vəzifələrində çalışıb. 2021-ci ildə vəzifədən azad edilib.

Ş.Əsgərov isə 1995-2000, 2000-2005-ci illərdə millət vəkili və Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.

 

 

 

0