Mobil telefondan çox istifadə uşaqlarda hansı problemlərə səbəb olur? - Pediatr 

ÖLKƏ
16:32 / 26.10.2023
701

XXI-ci əsrin ən böyük problemlərindən biri də texnologiya cihazlarına aludəçilikdir. Bu cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər əlaqə yaratmaq üçün nəzərdə tutulan bu cihazlar sonralar müxtəlif funksiyaları da yerinə yetirməyə başladı. 

Təəssüf ki, mobil telefondan tək yaşlılar deyil, uşaqlar da istifadə edir. Araşdırmalar zamanı məlum olub ki, son zamanlar azyaşlılar arasında mobil telefon istifadə edənlərin sayı artıb. Valideynlər uşaq yemək yesin, ağlamasın deyə əllərinə telefon verib susdururlar. Lakin bunların gələcəkdə törədə biləcəkləri fəsadlardan xəbərsizdirlər.

Pediatr Mətanət Əliyeva hit.az-a açıqlamasında bildirib ki, son zamanlar uşaqların mobil telefondan istifadə etmə halları çoxalıb: “Mobil telefonların hamısı elektormaqnit dalğalarıdır. Son zamanlarda nitqi gecikən, diqqət, konsentrasiya problemi olan uşaqların sayı günü gündən çoxalır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, üç yaşa qədər uşaqlar heç gündə üç dəqiqə belə ekran qabağında oturmamalıdır. 3-6-5 və məktəb yaş dövründə olan uşaqlarsa, gündə maksimum 1-2 saat olmaqla ekran qabağında ola bilər, o da valideyn nəzarəti ilə. Uşağın baxdığı film, kino, cizgi film, oyun mütləq valideynin icazəsi ilə olmalıdır”.

Pediatr mobil telefondan çox istifadə edən uşaqlarda yarana biləcək fəsadları açıqlayıb:

“Telefonda oyun oynamaq, uzun müddət şəkillərə baxmaq uşaqlarda baş və boyun ağrılarına səbəb olur. Telefona baxmaq üçün uşaqlar həmişə önə əyildikləri üçün onurğalarına yük düşür ki, bu da onların duruşlarında yavaş-yavaş problemə çevrilir. Uşaqlar mobil telefonu ələ aldıqları zaman onların orqanizminin radiasiyaya məruz qalması rekord səviyyəyə çatır. Həmçinin, mobil cihazlar və kompüter uşaqlarda yaddaş pozğunluğuna, zehni inkişafın ləngiməsinə gətirib çıxarır. Mobil telefona öyrəşən uşaqlar digərləri ilə müqayisədə əsəbi olurlar. Bu kimi problemlərin yaşanmaması üçün valideynlər telefon məsələsində həssas olmalıdır”.

Sevinc

0