Xəyalə Hüseynova: “Son dövrlərdə uşaqlar arasında qrip virusları yayılıb”

ÖLKƏ
19:40 / 01.11.2023
303

Fəslin dəyişməsi azyaşlı uşaqlarda müxtəlif virus infeksiyalarının yaranmasına səbəb olub. Xüsusilə də bağçaya, məktəbə gedən uşaqlar arasında kəskin öskürək halları artıb. 

Pediatr Xəyalə Hüseynova Hit.az-a açıqlamasında qeyd edib ki, son dövrlərdə uşaqlar arasında qrip virusları yayılıb: 

“Bu qrip virusları əvvəlkilərdən xeyli fərqlənir. Belə ki, burun axma ilə yanaşı boğaz ağrısı, ardından öskürək olur. Çox hallarda öskürək quru, qatı bəlğəm formasında olur.  Öskürəklərin əksəriyyəti viruslu infeksiyalardan yaranır və antibiotiklərə reaksiya vermir. Ona görə də virus fonunda yaranan öskürəyin müalicəsində antibiotiklər məsləhət görülmür. Əgər öskürəyə virus səbəb olubsa, sadəcə, onun gedişatına baxmaq lazımdır. Viruslu infeksiyalar iki həftə çəkə bilər. Öskürəyin 4 həftədən çox davam etməsi daha çox xroniki xəstəlikdən xəbər verir. Bu, xüsusilə soyuqdəymələrin çox baş verdiyi payız aylarında, uşaq bağçaya və ya məktəbəqədər təhsil müəsisəsinə getdiyi hallarda olur. Bu öskürək uşaqdan daha çox (treotable) ətrafda olan insanları narahat edir”.

Sevinc

0