Anasının qəbrini ziyarət etməyə gedən jurnalist qəbiristanlıqda öldü

ÖLKƏ
22:12 / 05.11.2023
457

Jurnalist Əli Fərəcov vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Report-un məlumatına görə, mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapılıb.

İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfat ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.

Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.

0