Şuşada dəhşətli qəza - 5 nəfər yanaraq öldü

ÖLKƏ
11:02 / 06.11.2023
398

Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb, 5 nəfər ölüb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib.

Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Qəza ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərindən birinin əməkdaşlarıdır.

İstintaq davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır. O, qəzaya düşənlərin tikinti şirkətinin əməkdaşları olduğunu deyib.

0