Ermənistana gedən 13 azərbaycanlı kimdir?

ÖLKƏ
20:30 / 06.11.2023
426

2023-cü ilin yanvar-sentyabr aylarında 13 Azərbaycan vətəndaşı Ermənistana səfər edib.

HİT.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri rəsmi statistikaya əsasən məlumat yayıb.

İddiaya görə, onlar Ermənistana turist kimi gəliblər və ortalama qalma müddəti 2 gün olub.

Ötən il bu aylarda 5 azərbaycanlının bu ölkəyə səyahət etdiyi bildirilir.

Bundan başqa, qeyd olunur ki, son 9 ayda Türkiyədən Ermənistana 9050 turist səfər edib.

0