Bu hərbi qulluqçuların maaşı artırıldı

ÖLKƏ
11:56 / 07.11.2023
1126

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.
 
***

Prezidentin daha bir fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
***
İlham Əliyevin digər fərmanl ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
 

0