Gələn il Milli Məclisin ezamiyyət xərcinə 2 milyon manatdan artıq vəsait ayrılır

ÖLKƏ
17:52 / 07.11.2023
403

Milli Məclisin gələn il üçün ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək.

"Report"un əldə etdiyi xəbərə görə, bu, "Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında" qərar layihəsində əksini tapıb.

Belə ki, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min, xarici ezamiyyətlər xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.

Qeyd edək ki, Milli Məclis və onun aparatının gələn il üçün xərclər semtası 50 milyon 919 min 10 manat olacaq.

1