“Bərpa-Tikinti” MMC məcburi auditdən yayınmada ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə iş başlanıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Noyabrın 20-nə iş üzrə məhkəmə baxışı iclası təyin edilib.
İclas hakim Vüsal Tağıyevin sədrliyi ilə keçiriləcək.
464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Anar