İranda baş verən zəlzələ Azərbaycanda da hiss olunub, dağıntı yoxdur - YENİLƏNİB

ÖLKƏ
10:51 / 08.11.2023
336

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

HİT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***
Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan "Report"a verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

***

Lənkəranda zəlzələ olub.

Saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib. Bu barədə HiT.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Yeraltı təkanlar təqribən 3 - 4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.

 

0