Mobil Babayev dəfn olundu - FOTO/YENİLƏNİB

ÖLKƏ
13:18 / 10.11.2023
505

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:18

Mədəniyyə Nazirliyinin yaydığı məlumata görə, əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev ilə vida mərasimi noyabrın 10-da, saat 12:00-da Təzəpir Məscidində keçiriləcək.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.
11:07

Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayev vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Bəstəkar dünən gecə vəfat edib.

Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.

0