Ukraynada müharibədə ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı məlum oldu

ÖLKƏ
11:43 / 10.11.2023
276

Ukraynada genişmiqyaslı müharibə başladığı gündən indiyədək ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı açıqlanıb.

"Report"un Şərqi Avropa bürosunun apardığı özəl araşdırma nəticəsində məlum olub ki, bu müddət ərzində 130 azərbaycanlı həlak olub, 100-ə yaxını yaralanıb, 70-a yaxını isə itkin düşüb.

İtkin düşənlərin əksəriyyəti Donetsk vilayətində, xüsusilə Mariupolda yaşayan həmyerlilərimiz arasındadır.

Qeyd edək ki, bu rəqəmlər büromuzun şəxsi araşdırmasının nəticələridir, rəsmi statistika deyil. Bu baxımdan rəqəmlər daha çox da ola bilər.

0