8 yaşlı qız kələm şorabasından zəhərlənib öldü

ÖLKƏ
16:42 / 10.11.2023
386

Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb.

Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0