Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş - FOTO/YENİLƏNİB

ÖLKƏ
12:59 / 16.11.2023
315

Tanınmış alim Arif Acaloğlunun öldüyü avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü “Mercedes” markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Arif Mikayıl oğlu Acaloğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

12:43

Bakıda tanınmış alim yol qəzasında dünyasını dəyişib.

HİT.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub.
Məlumata görə, o, Azərbaycana AMEA-nın dəvəti ilə konfransda iştirak etmək üçün gəlib.

Azər Maqsudov

0