Nazirdən yeni təyinat

ÖLKƏ
12:06 / 17.11.2023
419

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İlham Nəsirov ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin edilib. Bu barədə nazir Muxtar Babayev müvafiq əmr imzalayıb. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova Qaynarinfo-ya məlumatı təsdiqləyib. 

Qeyd edək ki, İlham Nəsirov bu təyinata qədər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.

0