Bütün uşaqlar oyuncaqları sevir və gördüklərinin hamısını əldə etməyə çalışır. Bir çox valideynlər də məhz uşaqlarının istəyini nəzərə alaraq və yaxud öz zövqlərini əsas götürərək uşağa gözlərinə xoş gələn oyuncaqları alırlar.
Oyuncağın uşağın ⅝yaşına uyğun olub-olmaması, psixologiyasına, inkişafına necə təsir edib-etməməsi isə bir çox valideynlər narahat edir.
Bu gün dükanlarda satılan oyunların heç də hamısı uşaqların pxixologiyasına, onların kimliyinin, şəxsiyyətinin formalaşmasına müsbət təsir etmir.
Belə ki, bu gün əksər oyuncaq dükanlarında zorakılığı təbliğ edən “Hagi-Vagi” deyilən oyuncaq son zamanlar dəb halını alıb. Özündə şiddəti təsvir edən bu oyuncaqlar uşaqlar tərəfindən arzuolunandır.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, uşaqlar ətraf aləmi ilk olaraq oyuncaqlar üzərindən kəşf edir:
“Oyuncaqlar biznes stoiklərdir. Ölkəmizdə uşaqlar üçün milli oyuncaqlar istehsal olunmalıdır. Azərbaycanda kifayət qədər pullu və biznes açmaq istəyən insan var. Onlar üçün oyuncaq biznesi maraqsızdır. Təəssüf ki, milli mentalitet və qəhrəmanlarımızı təbliğ edən oyuncaqlar yoxdur. Ümid edirəm ki, tezliklə bizim də milli qəhrəmanlarımızı və cizgi film xarakterlərini əks etdirən oyuncaqlar istehsal olunar.
Bu gün satışda xarici ölkələrdən gətirilən müxtəlif formada oyuncaqlar var. Həmin oyuncaqların bir qismi təəssüf ki, uşaq psixologiyasına uyğun deyil. Belə ki, “Hagi-Vagi” deyilən oyuncaqlar aqressiyanı, zorakılığı təblig edir. İnsanlar bilməlidir ki, bu oyuncaqların tərkibində rəngləndirici maddələr var. İstənilən rəng materialının tərkibində isə qurğuşun olur. O qurğuşun metallar uşaqlara mənfi təsir edir. Ona görə oyuncaqlar təhlükəsizliyi təmin olunan mallar siyahısındadır”.
Sevinc