"Universitetlərə qəbullarda repetitorların rolu danılmazdır" - MÜSAHİBƏ

ÖLKƏ
18:30 / 24.11.2023
548
Azərbaycanda repetitorluq fəaliyyəti kifayət qədər populyardır. Bu ölkədə təhsilin səviyyəsinin aşağı olması ilə izah edilir. Bununla belə, repetitorluq fəaliyyətinin qadağan edilməsi istiqamətində də fikirlər səsləndirilir. Bəs repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər bu barədə nə düşünür. 
 
Qaynarinfo mövzu ilə bağlı Bakıda fəaliyyət göstərən 19 saylı orta məktəbin riyaziyyat müəllimi, repetirorluq fəaliyyəti ilə məşğul olan Sevinc Abbaszadənin fikirlərini öyrənib. 
 
- Uzun illərdir repetitorluq fəaliyyəti ilə məşğulsunuz. Azərbaycanda repetitorluğun populyar olması təhsilin səviyyəsinin aşağı olması ilə izah edilir. Sizin bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Bu, danılmaz faktdır. Təəssüf ki, təhsilin səviyyəsi aşağıdır. Buna bəzi işini sevməyən müəllimlər, bəzi məsuliyyətsiz şagirdlər səbəb olur. Məktəbdə sinifdə 30-35 şagird olur və hər şagirdin dərsi başa düşməsi fərqlidir. Müəllim isə dərsi ümumi keçir, hər şagirdə fərdi yanaşmır. Bu səbəbdən şagirdlər dərsdən sonra əlavə olaraq repititora muraciət edir.
 
- Sizcə, məktəblərdə təhsilin keyfiyyət səviyyəsinin yüksədilməsi repetitorluq fəaliyyətini arxa plana keçirə bilərmi?
- Ali məktəblərə qəbul zamanı şagirdlərin nəticəsinin yüksək olmasının səbəbi repititorlardır. Bu ugurda repititorun əziyyəti danılmazdır. Məncə, məktəbdə təhsil səviyyəsinin yuksək olması repititor fəaliyyətinə musbət təsir edər, çunki belədə, artıq repititora müraciət edən şagirdlər müəyyən baza biliklərə sahib olacaqlar.
 
- Ölkədə xeyli sayda təhsil kursları fəaliyyət göstərir. Buna baxmayaraq repetitor yanına gedən şagirdlərin sayı da əhəmiyyətli dərəcədə çoxdur. Bu, həmin kurslara inamsızlıqdan irəli gəlir, yoxsa başqa səbəblər var?
- Bu suala bir valideyn gozu ilə baxıb cavab vermək istərdim. Bəzi valideynlər kursa, digərləri fərdi repititora üstünlük verir. Kursu seçmələrinə bir neçə səbəb göstərmək olar. İlk növbədə şagird vaxt itkisinə yol vermir. Bir gündə iki, bəzən 3 dərslə eyni məkanda məşğul ola bilir. Digər səbəb isə kursun münasib ödəniş təklif etməsidir. Hər büdcəyə uygun qiymət təklif edilir. Bunu istəməyib hər fənn üzrə muxtəlif ərazilərdə dərs keçən, muxtəlif odənişləri olan fərdi repititorları seçən valideynlər də az deyil. Belə seçim edən valideynlər bilirlər ki, müraciət etdikləri müəllim yaxşı müəllimdir, nəticələri göz önündədir, şagirdləri yüksək balla ali məktəblərə qəbul olur. Razılaşaq ki, adətən kursu seçən valideyin müəllimi tanımır, haqqında heç bir məlumatı olmur, sadəcə kursun adını və nəticələrini bilir. Təəssüf ki, kurslarda yekun nəticələr açıqlanan zaman müəllimlərin nəticələri barədə məlumat verilmir, yalnız tələbə adını qazananların hansı kursun tələbəsi oldugu qeyd olunur.
 
 
- Necə hesab edirsiniz, istənilən halda repetitor fəaliyyətinə ehtiyac varmı? Hətta təhsilin keyfiyyət səviyyəsi yüksək olarsa belə, fərdi hazırlığın daha məqsədəuyğun olduğunu hesab edənlər var.
- Repititora ehtiyac şagirdlərə görə dəyişir. Bilirik ki, hər il ucqar bölgələrdə əlavə hazirliga getmedən də yüksek nəticə ilə qebul olan şagirdlər olur. Amma faizlə baxsaq, belələrinin sayı əlavə hazırlığa gederək uğur qazanan şagirdlərin sayından azdır, təbii ki. Reallıq budur ki, əksər şagirdlər oz uzərində düzgün qaydada çalışmaği bacarmırlar. İstiqamət mütləq lazımdır. Məktəb dərsliyi ümümi proqramı əhatə edirsə, repititor sırf qəbul proqramına uyğun tədris edir.
 
- Repetitor fəaliyyəti ilə məşğul olanlardan vergi tutulmasına münasibətiniz necədir?
- Düşünurəm ki, əgər bu kursdursa, orada fəaliyyət göstərən müəllimlər, həmçinin kurs rəhbəri yüksək gəlir əldə edirsə, qazanılan məvacibin müəyyən hissəsinin vergi şəklində ödənilməsi uygun olar. Lakin bir müəllimin kursdankənar fəaliyyət gostərməsinə, qazancının aşağı olmasına baxmayaraq, həmin müəllimdən vergi tutulması yetərincə mübahisəli məsələdir.
 
- Hazırlılığa gələnlər arasında oğlanlar çoxluq təşkil edir, yoxsa qızlar?
- Mənim şagirdlərim arasında qızlar daha çoxdur. Yəqin ki, bunda menim xanım müəllim olmağımın da rolu var. Adətən valideynlər deyirler ki, kaş qızım da sizin kimi olsun və yaxud şagirdlər də deyirlər ki, müəllimə mən də sizin kimi savadli, mehriban, sizin kimi gənc yaşdan çalışıb uğurlu biri olmaq istəyirəm. Şagirdlərimə belə örnək ola bildiyim üçün özümü xoşbəxt sayıram.
 
- Şagirdlərinizin ümumi göstəriciləri necədir? 
- 2014-cü ildən repititor kimi fəaliyyət göstərirəm. Ümümi nəticələr qənaətbəxşdir. Dərs keçdiyim hər kəs tələbə adını qazanıb. Bu yol çətin yoldur, məqsədi və məsuliyyətli olan hər kəs nəticə alır.
 
- Heç elə olubmu ki, hazırlığa başlayarkən bərbad səviyyədə olan uşaq sonradan sizi yaxşı mənada təəccübləndirib?
- Təbii, belə hallar olub. Şagirdlərdə potensialı üzə çıxarmaq üçün düzgün metod seçmək, hər bir şagirdlə fərdi yanaşmaq lazımdır. Başqa sözlə, müəyyən psixoloji məqamları nəzərə almaq mütləqdir. Şagirdlərə riyaziyyati sevdirə bilmək məni çox sevindirir.
 
0