İnsult cavanlaşır?

ÖLKƏ
15:46 / 01.12.2023
559

Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb.

Qeyd edək ki, əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olunurdu. Ancaq indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Açıqlanan statistik rəqəmlərə əsasən, son illər bu xəstəlikdən ölüm sayı da artıb.

Həkim nevropatoloq Elşən Məmmədov Hit.az-a açıqlamasında qeyd edib ki, beyinin qan-damar xəstəlikləri sinir sisteminin geniş yayılan xəstəliklərindən biridir.

 "Yaşlı adamlar arasında ölüm hallarının 50 faizi bu xəstəliklər nəticəsində baş verir. Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan dünyasını dəyişir. Son zamanlar insanlar arasında beyinin qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı xeyli artıb. İndi bu xəstəliklərə nəinki yaşlılar, eyni zamanda cavanlar arasında da tez-tez təsadüf edilir. Beynində qan-damar xəstəlikləri olanların bir qismi dünyasını dəyişir, əksər hissəsi isə əlil qalır. Beyində damar pozğunluğunun əmələ gəlməsində hipertoniyanın, arterial hipertoniyanın, ürək xəstəliklərinin, revmatizm nəticəsində törəyən infeksion virusların, anadangəlmə damar anomaliyalarının, psixi və fiziki gərginliyin, alkoqolizmin rolu böyükdür. Beyinin qan-damar xəstəlikləri kəskin olur və tədricən şiddətlənir”.

Sevinc

0