Nəsimi rayonu, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə HİT.az-a Nəqliyyatın İdarə edilməsi Mərkəzindən məlumat daxil olub.
Buna səbəb qeyd olunan prospekt ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyə qədər yolda təmir işlərinin aparılmasıdır.
Sürücülərdən nəzərə almaları xahiş edilir.