Fast-food yeməklərinin uşaqlar üçün ziyanı…

ÖLKƏ
21:01 / 04.12.2023
549

Düzgün qidalanmanın insan sağlamlığı üçün nə qədər önəmli olduğunu bilsək də,  çox vaxt etmirik.

Günümüzdə  müasir həyatın rahatlığı və sürəti üçün ən çox istifadə edilən qidalanma növü “fast food”dur. Damaqda qalan dadı olsa da, ziyanı yetərincədir. Təəssüf ki, bu tip qidalara yeniyetmələr və uşaqlar üstünlük verir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında bildirib ki,  ayaqüstü qida heç vaxt tam keyfiyyətli qida hesab olunmur.

İstənilən halda zərər gətirir. Aclıq hissini öldürsə də, xeyirdən çox ziyan gətirir. O baxımdan da məsləhət görülmür.
 
Konservantdan hazırlanmış və yaxud konservləşdirilmiş, vaxtı keçmiş, çox saxlanılmış qidalarda daxili bioaktiv maddələrin səviyyəsi aşağı düşür. Bu vitaminlərə də, digər bioloji aktiv maddələrə, hətta minerallara da, birləşmələrə də aiddir. Çünki bu tip qidalarda sözügedən maddələr  parçalanır, keyfiyyətini itirir:

"Uşaqlarda baş beyin üçün tələb olunan elə maddələr var ki, onlar ancaq təzə qidanın tərkibində olur. Məsələn,  kazein zülalı, araxidon turşusu. Bu kimi maddələr ancaq təbii və təzə qidalarda ola bilir. "Fast-food" adlandırılan qidalarda əksərən bu maddələr parçalanır, yox olur. Bu, baş beyin,  kəllə beyinin intellektual inkişafına təsir göstərir. Valideynlər heç vaxt uşaqlarına heç vaxt küçdə satılan, sanitar-gigiyenik normalara uyğun hazırlanmayan, hazırlanma texnologiyası standartlardan tam uzaq qidalar verməsin. İnsan dünyaya gələndən 18 yaşına qədər uşaq sayılır. Qida uşağın yaşına uyğun olmalıdıdır. 3 yaşında uşaq "fast-food" yeyirsə, bunun mütləq mənfi fəsadları olacaqdır".

Sevinc

0