Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Allahverdi Quliyev vəfat edib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Quliyev Allahverdi İbrahimxəlil oğlu 1954-cü il tarixində Qazax rayonun Kosalar kəndində anadan olub. O, 2021-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsində çalışırdı.
A.Quliyev 1982-1986-ci illərdə Qazax RMX-da həkim-uroloq işləyib. 1986-2000-ci illərdə Qazax RMX-da həkim-travmatoloq vəzifəsində çalışıb. 2000-ci ildən 2012-ci ilə qədər Qazax RMX-nin Travmatalogiya şöbəsinin şöbə müdiri kimi fəaliyyət göstərib. 2012-ci ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsini baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.