Yeni rektor onu özünə müşavir təyin etdi - FOTO

ÖLKƏ
15:00 / 06.12.2023
404

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov özünə müşavir təyin edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə 38 yaşlı İsmayıl İsmayılov təyinat alıb.

Qeyd edək ki, İsmayıl Teyyub oğlu İsmayılov 2017-ci ildə 32 yaşında kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

O, elmi fəaliyyətini akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirir.

Xatırladaq ki, R.Əzizov sentyabr ayında Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

0