Maye sabunun zərərləri - Professordan məsləhətlər

ÖLKƏ
18:45 / 12.12.2023
467

Son illər məişətdə maye sabunlardan istifadə daha geniş yayılıb. Hətta artıq onların adi sabunları üstələdiyini demək mümkündür. Bu da maye sabunların qoxusu, qablarda olması, asan istifadəsi və s.-lə bağlıdır. Ancaq mütəxəssislər belə sabunların bəzi zərərlərinin olduğunu bildirir.

Maraqlıdır, maye sabunların tərkibi hansı maddələrədn ibarətdir? Fəsadlardan qorunmaq üçün nə etmək lazımdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, ölkəyə daxil olan bütün məişət malları, qida və gigiyenik vasitələr müəyyən testlərdən keçməlidir. Hətta bəzən alınan malların harada istehsal olunduğu belə məlum olmur: 

"Avropa istehsalı olan tanınmış firmaların malları müxtəlif dermatoloji testlərdən keçir, yoxlanılır, təhlükəsizlik parametrləri qeyd olunur və onlara sertifikat verilir. Biz də bu cü malların idxalına üstünlük verməliyik. İlk növbədə bu malların təhlükəsizlik məsələsi diqqətdə olmalıdır. Məhsulu ölkəyə gətirən şirkətlər məsuliyyət daşımalıdır  müqavilə bağlanan firmalarla araşdırılmalıdır”.

Həkimin sözlərinə görə, maye sabunlardakı bitki qoxuları da aldadıcıdır:

"Göstərilən bitki qoxularını komputer texnologiyasının köməyi ilə də almaq mümkündür. Bunlar sintetik maddələrdən alınır. Təbii maddələrdən alınan məhsullar çox bahadır. Ona görə də istifadə edilən bu maddələr dərini qıcıqlandıra və orqanizmə mənfi təsir göstərə bilər".

Sevinc

0