Gənc xanəndəyə sirroz diaqnozu qoyuldu - Təcili qaraciyər köçürülməlidir

ÖLKƏ
16:09 / 12.12.2023
352

Gənc xanəndə Xəqani Niftəliyevin səhhəti pisləşib. Həkimlər ona kəskin qaraciyər sirrozu diaqnozu qoyub.

Xanəndənin qardaşı Ətraf Niftəliyev Hit.az-a açıqlamasında bildirib ki, həkimlər ona təcili qaraciyər transplantasiyası məsləhət görüb.

"Qardaşımın vəziyyəti çox pisdir. Mir Cəlal həkim təcili əməliyyat olunmasını və ona qaraciyər köçürülməsini məsləhət bilib. Hazırda xəstəxanadayam, donor olmaq üçün analiz verəcəm. Müalicəsi üçün 70 min manat lazımdır, bizim də elə imkanımız yoxdur. Əgər orqanım uyğun gəlsə, öz ciyərimi qardaşıma verəcəm".

Ətraf Niftəliyev xalqa müraciət edib:

"Kimin imkanı varsa əsirgəməsin".

Azra 

0