"İlham Əliyevlə Azərbaycan bundan sonra da çox böyük uğurlara imza atacaq" - Emil Əkbərov

ÖLKƏ
10:11 / 13.12.2023
244

2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk oluncaq".

Bunu Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki, müstəqil Azərbaycan tarixinədə ilk dəfə bütün ölkə ərazisində seçkilər keçiriləcək:

"30 il ərzində öz topraqlarında didərgin düşmüş soydaşlarımız böyük qürurla doğulduqları vətənlərində səs verəcəklər. Bu gün biz bütün bu zəfərləri və qürurverici anları cənab prezident İlham Əliyevə borcluyuq. Onun dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, regionda söz sahibi olan güclü dövlətə çevrilib. Əminəm ki, bundan sonra da cənab prezident İlham Əliyevlə böyük zəfərlər bizimlə olacaq".

Emil Əkbərov vurğulayıb ki, Azərbaycanın uğurlu gələcəyi Ali Baş Komandan İlham Əliyevlə bağlıdır:

"Cənab prezident İlham Əliyev dövlətini və xalqını sevən güclü liderdir. Əminəm ki, bundan sonra da cənab prezident İlham Əliyevlə Azərbaycan çox böyük uğurlara imza atacaq".

0