Uşağa iştahartırıcı dərman verilməlidirmi?

ÖLKƏ
15:29 / 13.12.2023
430

Uşaqların sağlam və düzgün qidalanması bütün valideynləri narahat edir. Ancaq bəzi uşaqların yeməklə arası yoxdur. Valideyn uşağın qarşısına istənilən yemək, meyvə qoysa belə o yeməyəcək. Bu hal isə valideynlər narahat edir. Belə olan halda valideynlər çıxış yolunu iştahartırıcı dərmanlarda görür. 

Ancaq həkimlər iştahartırıcı dərmanların zərərli ola biləcəyi, buna ehtiyac olmadığını bildirir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində bildirib ki, uşaqlarda iştahasızlıq olduqda , mütləq 1-ci növbədə orqanik və psixolojik səbəblər aradan qaldırılmalıdır.

Əgər bu səbəblər qeyd edilmirsə onda digər köməkçi səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır:

“Qan azlığı, dəmir çatışmazlığı olan uşaqlarda da iştahsızlıq ola bilir. Belə hallarda isə müalicə edilərək problemin həlli aradan qaldırılmalıdır. Soyuqdəymə və ya yüksək temperatur hallarında da iştahsızlıq müşahidə oluna bilər. Lakin şərt deyil ki, iştahartırıcı dərmanlara üz tutulsun. Bu dərmanlar uşaq orqanizmi üçün zərərli ola bilər. Eyni zamanda, bu tip preparatlar asılılıq yaradır. O üzdən valideynlər iştahartırıcı dərmanlardan uzaq durmalıdır”.

Sevinc

0