Xəstəxanalarda dərman çatışmazlığı var? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
11:38 / 14.12.2023
205

Xəstəxanalarda dərman çatışmazlığının qarşısının alınması üçün tədbirlər görülüb.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, dövlət tibb müəssisələri dərmanla təchiz olunub:

"İcbari tibbi sığortadan əvvəl (2019-cu il) 45 milyon manat, icbari tibbi sığortadan sonra 2023-cü ilin 11 ayı ərzində 120 milyon manatdan çox məbləğdə dərman/tibbi sərf alınıb.

Müasir tibbi avadanlıqların sayının artmasına göstərdiyimiz dəstək vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə və müalicəyə cəlb edilməsinə yönəlib.

Vətəndaşların icbari tibbi sığorta çərçivəsində yaşadıqları yer üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsində tibbi xidmət almalarına imkan yaradır".

0