Uşaqların gec danışmasının səbəbi - Həkimdən açıqlama

ÖLKƏ
19:36 / 14.12.2023
569

Körpələrin dil açıb danışması valideynləri tərəfindən böyük sevinclə qarşılanır. Lakin bəzi uşaqlarda  nitq ləngiməsi müşahidə olunur.

Uşaqların gec danışmasının səbəbləri barədə fikir bildirən nevrapatoloq Akif Əliyev Hit.az-a şərhində bildirib ki, uşaqlarda nitq ləngiməsinin səbəbləri müxtəlif ola bilər:

“Uşaq gec dil açırsa, valideyn ilk növbədə uşaq nevroloquna müraciət etməlidir.

Nitqin ləngiməsi mütəxəssis tərəfindən mümkün qədər araşdırılır. Səbəblər müxtəlif ola bilər: hamiləlik dövründə anada olan hər hansı bir narahatlıq, keçirdiyi xəstəlik və infeksiyalar ana bətnində ikən körpənin inkişafına mənfi təsir göstərir. Belə ki, beyin qabığında olan qırışların sayı azalır, onların arasında olan məsafələr qısalır və bu da uşağın nitqində dominant olaraq rol oynayır. Doğuş zamanı hər hansı qansızma, kəllə-beyin travması və ya hansısa digər səbəbdən beynin sol yarımkürəsində narahatlıq yaranması bütöv şəkildə uşağın nitqinə təsir göstərir. Nəticədə uşaqlar vaxtından xeyli gec danışırlar”.

Həkimin sözlərinə görə,müasir dövrdə uşaqların gec danışmasının səbəblərindən biri də onların telefon və planşetlərdən çox istifadə etməsidir:

“Uşaq cizgi və digər filmlərə baxaraq, televizor və ya planşet qarşısında qalır və demək olar ki, canlı dialoq görmür, istənilən halda o, yalnız dinləyir. Belə olan halda uşağın danışıq və nitq qabiliyyəti ləngiyir"

Sevinc

0