Şagirdi döyməkdə ittiham edilən idarə rəisinin yerinə təyinat - FOTO

ÖLKƏ
14:41 / 19.12.2023
331
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
 
Bu barədə HİT.az-a Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, Agentliyin Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdir müavini Əliyev Coşqun Vidadi oğlu Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
 
Həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
 
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub. Buna səbəb onun 9-cu sinif şagirdini döyməkdə ittiham olunması idi.
 

0