Qohum evliliklərinin yaratdığı problem - Həkim nə deyir?

ÖLKƏ
18:36 / 22.12.2023
444

Son dövrlər hemofiliya xəstələrinin sayının artması müşahidə edilir.

Hemofiliyalı xəstələrin sayının artması qohum nikahlarının çox yayılması ilə əlaqədardır. 

Həkim-terapeft Səfəat Abbasova Hit.az-a açıqlamasında bildirib ki, hemofiliya genetik qan xəstəliyi olduğundan, yayılması da genetik olur. Yəni valideyndən övlada keçir:

"Bu xəstəlik qanın tərkibində pozulma halları baş verdikdə yaranır. 
Xəstəliyinin qarşısını almaq üçün ilk növbədə qan qohumluğu evliliyindən uzaq olmaq lazımdır.
Ailə quran cütlükdən birində xəstəliyin göstəriciləri varsa, bu, gələcəkdə həmin ailədə doğulacaq uşaqlara təsir edəcək. Bunun qarşısını almaq üçün maarifləndirmə işi aparılmalıdır. Qohum evliliyində hemofiliya xəstəliyinin üzə çıxma riski daha yüksəkdir. Hətta arada sevgi olsa belə, yenə də onlar övladlarını düşünməlidirlər. Dünyaya xəstə uşaq gətirdikləri zaman, sevgiləri də ölür. Bir neçə belə ailə tanıyıram ki, onlar xəstə uşaqlarına baxıb əzab çəkirlər və bu zaman sevgilərindən də həzz almırlar. Sağlamlıq hər bir şeydən önəmlidir”.

Sevinc

0